Hesabat: Səudiyyə rejimi Yəmən əleyhinə 1.5 trilyon dollar xərcləyib

Hesabat: Səudiyyə rejimi Yəmən əleyhinə 1.5 trilyon dollar xərcləyib

Blomberg-in yaydığı illik hesabatında Səudiyyə rejiminin müharibə görə üzləşdiyi ağır fəlakətin miqyasını üzə çıxarıb.
 
Müharibənin pis nəticələrinin Səudiyyə rejiminə sirayət etməsilə Ər-Riyad rəhbərliyinin dörd istiqamətli iqtisadi böhrana liderlik etdiyi və ölkənin investorları ilə şahzadələrin krallıqdan qaçması məlumatları da hesabatda vurğulanıb. Səudiyyə Ərəbistanının vətəndaşları arasında genişlənən və getdikcə artan qəzəbin mərkəzində, qara qızılın (neft) ölkədəki həyat standartlarının sürətlə aşağı düşməsi, "Aramco" şirkəti də daxil olmaqla neft sektorunun özəlləşdirilməsi, vergilərin artırılması, milli valyutanın dəyər itirməsi kimi səbəblər var. Ər-Riyad rəhbərliyi isə, Yəmənə hücumlarının böyük xərcləri səbəbiylə ortaya çıxan bu iqtisadi böhran və bunun ölkəyə sirayət etməsilə bacara biləcək vəziyyətdə görünmür.
 
Qərb iqtisadçıları və hərbi ekspertləri Ər-Riyad rəhbərlərinin düşdüyü psixoloji sarsıntılar və krallığın qeyri-sabitliyinin arxasında, Yəmənə qarşı hücuma görə, Səudiyyə rejiminin xərclərinin yüksək olmasını və bu əsas uğursuzluqlarını ən mühüm amillər kimi qəbul edir.
 
Mütəxəssislər iki ilə yaxın bir müddətdə aralarında yaşlılar, qadınlar və uşaqların olduğu on minlərlə insanın həlak olduğu Yəmən hücumlarının dəyərinin 1.5 trilyon dolları keçdiyini bildirir. Kral Salman, oğlu və ərəb müttəfiqlərinin heç bir hərbi uğur əldə edə bilmədiyi müharibə, əksinə, onları yaxın müddətdə qarşılaşacaqları bir iflasın astanasına gətirib.
Ekspertlərin analitik məlumatlarına əsaslanan ABŞ-ın Foreign Policy jurnalı Yəmənə hücumun ilk altı ayının maya dəyərinə dair hesabatını açıqlamışdır: "Müharibənin ilk altı ayında yəmənli qadın və uşaqların öldürülməsi üçün Ali Səud sülaləsi tərəfindən 725 milyard dollar xərclənib. Bir neçə ay ərzində ölkənin infrastrukturu məhv edilib. Suriya müharibəsində 5 ildən sonra ölkənin üzləşdiyi tələfat və dağıntılar, Yəməndə 6 ay ərzində törədildi. Bəlkə də bundan da çoxdur...".
 
Bəs Yəmən hücumlarının 23-cü ayının sonunda müharibənin bu günə qədər olan xərcləri nə qədərdir? Yəmən müharibəsinə görə Ər-Riyad rəhbərliyilə yanaşı, bir çox müttəfiqi də itkilər verdi. Müharibə ərzində 7 ədəd freqat məhv edilsə də, Səudiyyə Ərəbistanı, Yəmən, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Sudan və Misirə aid bir çox döyüş təyyarəsi vuruldu. Bununla bərabər Səudiyyə rejiminin ordusu və Milli Qvardiyasına aid 10 mindən artıq əsgər də məhv edildi.
 
Bununla yanaşı, hesabatda hərbi məqsədli iki peykin dəyərinin 1.8 milyard dollar olduğu, "Awacs" təyyarəsinin dəyərinin isə saatda 250 min dollara başa gəldiyi vurğulanıb. Bu təyyarənin gündəlik xərci 6 milyon dollar, aylıq isə orta hesabla 180 milyon dollara başa gəlir. Yəni ümumilikdə 1 milyard 80 milyon dollar təkcə bu döyüş təyyarələri üçün xərclənməkdədir. Digər tərəfdən, Səudiyyənin döyüş təyyarələri tərəfindən aparılan, təxminən 35 min döyüş uçuşunda 150 ədəd döyüş təyyarəsi və 140 min raketin istifadə edildiyi bildirilib. Əksəriyyəti vətəndaşları və yaşayış məntəqələrini hədəfə alan bu təyyarə hücumlarının ümumi dəyəri isə 46 milyard dollara başa gəlir. Bu arada sıradan çıxarılan 300-dən artıq tank və Səudiyyə rejiminə 150 milyard dollara başa gələn ABŞ ilə imzalanan silah müqavilələri də var. Bütün bunlar Səudiyyə rejiminin Yəmən hücumlarının yalnız ilk altı ayının rəqəmləridir.(deyerler)
 

 

Google+ WhatsApp ok.ru