Hesablama palatasının hesabatında nələr var?

«Bizim Yol» qəzeti  Hesablama Palatasının yoxlamalarının nəticəsində hazırlanan hesabatdakı bəzi məqamlar təhlil edilib.
Yazıda hesabata istinadən qeyd edilir ki, Palatanın araşdırmasında tikinti sahəsində 400 milyon manatlıq «uyğunsuzluq» aşkarlanıb : «Amortizasiya xərcləri artıq hesablanır, əsas vəsaitlərin qalıqları balansdan silinir. Bəzi hesablar isə balansa salınmadan birbaşa silinir, hesabatlarda əksini tapmayan xərclər üzə çıxır». 
Yazıda daha sonra qeyd edilir ki, bütün bunların nəticəsində bu sektorda, nə az, nə çox, 400 milyon manatlıq «uyğunsuzluq» ortaya çıxıb.
Müəllif yazır ki, hesabatda əks edilən rəqəmlərdən biri də 30 milyona yaxın vəsaitin dövlət qurumlarında səmərəsiz istifadə edilməsidir. Yazının sonunda da oxuyuruq: «Palatanın hesabatında «nöqsan» deyərək yumşaltmağa çalışdığı satınalmalar, əməkhaqqı ödənişi, təmir-tikinti işləri üzrə pozuntuların bir hissəsi yoxlanılan qurumların əksəriyyətində müəyyən edilib.  Yəni, üç gündür ki, sadalayıb bitirə bilmədiyimiz maliyyə pozuntuları dövlət qurumlarının demək olar ki, hamısında var».

Google+ WhatsApp ok.ru