Heydər Əliyev prospekti müvəqqəti bağlanır

Bu gün Bakıda daha bir mərkəzi küçədə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
 
Bu barədə Maide.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
 
Pünhan  Mürsəliyevin sözlərinə görə, bu axşam saat 22:00-da Heydər Əliyev prospektinin Yusif Səfərov küçəsindən “Bağırov” körpüsünə qədər olan hissəsində gediş və gəliş olmaqla nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
 
O, bildirib ki, bağlanan yolda üfüqi nişanlanma işləri həyata keçiriləcək. 

Google+ WhatsApp ok.ru