Heydər Camalın ölüm səbəbi bəlli olub - YENİLƏNİB

Heydər Camalın ölüm səbəbi bəlli olub - YENİLƏNİB

*** İlk xəbər 10:49-da verilib

 
Tanınmış politoloq Heydər Camalın ölüm səbəbi bəlli olub.
 
Məlumata görə, H.Camal onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
 
Bir neçə həftə əvvəl səhhəti pisləşib və həkimə müraciət edib. Lakin aparılan intensiv müalicələrin xeyri olmayıb.
 
Qeyd edək ki, Heydər Camal 1947-ci ildə Moskva şəhərində anadan olub. O, Rusiyanın ən məşhur İslam teoloqlarından biri idi. Əslən azərbaycanlı olan bu şəxs Rusiyada Azərbaycanın əsas müdafiəçilərindən sayılırdı.
 
Heydər Camal Qazaxıstanın Almatı şəhərində dəfn ediləcək.
 
Bunu “Moskva danışır” radiosuna müsahibəsində rusiyalı jurnalist Maksim Şevçenko söyləyib. O, Camalın ömrünün son günlərini Almatıda keçirdiyini və burada müalicə aldığını bildirib. (deyerler) /
 

Google+ WhatsApp ok.ru