Heydər Əl-Əbadi: “İŞİD-in məğlubiyyəti regional təşvişlərə son qoydu”

Heydər Əl-Əbadi: “İŞİD-in məğlubiyyəti regional təşvişlərə son qoydu”

İraqın baş naziri Heydər Əl-Əbadi Tel-Afər əməliyyatından danışaraq, İŞİD-in bu bölgədəki məğlubiyyətinin regional təşvişlərə son qoyduğunu bildirib.
 
Heydər Əl-Əbadi avqustun 27-də Çexiyanın baş naziri Bohuslav Sobotka ilə Bağdadda keçirdiyi birgə mətbuat konfransında, İraqın silahlı qüvvələri arasında terrorçularla mübarizədə çox yaxşı koordinasiyanın olduğunu bildirib. Əl-Əbadi bu koordinasiyanın İraqın bir çox bölgələrində İŞİD-in məğlub edilməsinə səbəb olduğunu söyləyib.
 
İraqın baş naziri Tel-Afərdəki əməliyyatlara toxunaraq, şəhərin və ətrafının İŞİD-in işğalından azad edildiyini vurğulayıb.
 
Heydər Əl-Əbadi avqustun 27-də Bağdadda iki minalanmış maşının partlayışına da toxunaraq, terrorçu qrupların silahlı qüvvələrlə mübarizədə məğlub olduqları üçün mülki şəxslərin hədəfə aldıqlarını deyib. Bu hücumlarda 6 nəfər həlak olmuş, 11 nəfər isə yaralanmışdır. (deyerler) /

Google+ WhatsApp ok.ru