Heydər əl-Əbadi: “Referendum təfriqəyə səbəb olsa, hərbi müdaxilə edəcəyik!”

Heydər əl-Əbadi: “Referendum təfriqəyə səbəb olsa, hərbi müdaxilə edəcəyik!”

İraqın baş naziri Heydər əl-Əbadi İraqın Kürd Regional Rəhbərliyinin (İKRR) rəsmilərinə xəbərdarlıq edərək, müstəqillik referendumunun ölkədə qarışıqlığa səbəb olacağı təqdirdə, hərbi müdaxiləyə əl atacaqlarını açıqlayıb.
 
Heydər əl-Əbadi Associated Press-ə verdiyi müsahibədə belə deyib: “Kürdüstan Regional Rəhbərliyinin rəsmilərini ərazidə müstəqillik referendumu keçirmək məsələsində israr etmələri üçün xəbərdarlıq edirəm. Əgər bu referendum İraqda təfriqəyə səbəb olarsa, hərbi müdaxilə etməyə hazırıq. Aslanın quyruğu ilə oynamasınlar!”. (deyerler) /

Google+ WhatsApp ok.ru