Heykələ bənzəyən qeyri-adi otel (FOTO)

Dünyada tanınmış “Zaha Hadid Architects” arxitektura kompaniyasının mütəxəssisləri qeyri-adi otel layihəsi hazırlayıblar.
Çinin Makao şəhərində 40 mərtəbəli, futuristik, “ekzoskeletli” qüllə “City of Dreams” kazinosunun ərazisində inşa ediləcək.
Otelin monolit gövdəsinin mərkəzi hissəsindəki “boşluqlar” ona möhtəşəm heykəl forması verəcək.
Sahəsi 150 min kvadratmetr olan binada müxtəlif tipli 780 otaq, oyun meydançaları, restoran, hovuz fəaliyyət göstərəcək. 
 
 
 

Google+ WhatsApp ok.ru