Heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapılıb 13 Oktyabr 2016 01:00 Hadisə Bakıda heyvanlar tərəfindən parçalanmış kişi meyiti aşkarlanıb. Verilən məlumata görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Sakinlər rayonun Puta qəsəbəsinə gedən yolda, yol kənarında naməlum meyitin itlər tərəfindən parçalandığının şahidi olublar. Dərhal əraziyə polis əməkdaşları çağırılıb. Hadisə yerinə baxış keçirilərkən meyitin qollarının və ayaqlarının heyvanlar tərəfindən parçalandığı məlum olub. Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib. Hazırda ölən şəxsin kimliyinin və ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. (apa) / Teqlər : #Heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şəki bazarında yanğın [Video] Bakıda dustaq aparan zirehli mikroavtobus qəzaya düşüb