Hicaba lağ edən şəxs 1550 avro cərimə olundu

Maide.az xəbər verir ki, İslama və müsəlmanlara qarşı daha çox radikal hücumların qeydə alındığı Avstriyada məhkəmə qeyri-adi qərar çıxarılıb. Belə ki, hicab geydiyi üçün istehza obyekti edilən qadına 1550 avro təzminat ödənilməsi barədə hökm çıxarılıb.  
 
Belə ki, Avstriyada peşə təhsili olan hicablı xanım iş üçün bir şirkətə müraciət edir. Qadınla işgüzar görüş keçirən şirkət rəsmisi, "başındakı bez parçasını çıxarsan, səni işə götürmək barədə düşünərik", - deyib.
 
Qadın isə başını açıb parik taxa biləcəyini bildirib. İdarə rəhbəri isə onu “axmaq” adlandırıb. 
 
Bundan sonra hicablı xanım şikayət ərizəsi ilə prokurorluğa müraciət edib. Açılan cinayət işinə baxan məhkəmə isə şirkət rəhbərinin hicablı qadına cərimə ödəməsi barədə qərar çıxarıb.

Google+ WhatsApp ok.ru