Hicablı şagirdin məktəbə buraxılmaması etirazlara səbəb oldu

Hicablı şagirdin məktəbə buraxılmaması etirazlara səbəb oldu

Malavidə hicablı müsəlman qızların məktəbə qəbul edilməməsi müsəlmanların etirazı ilə qarşılanıb.

Maide.Az IQNA-a istinadla xəbər verir ki, Malavi Müsəlmanlar Birliyinin (MAM) rəsmiləri dövləti bu məktəbin özbaşına atdığı addım qaşrısında passivlik göstərməsini qınayıblar.
 
Malavinin Balka şəhərinin Anqilkan məktəbi uzun illərdir ki, hicablı müsəlman qızların təhsilinə mane olmaqda davam edir.
 
MAM-ın sözçüsü Şeyx Dinala Çabulika bu barədə deyib: Bu məktəbdə təhsil davam edir, amma müsəlman qızlar sinifdə hicabla otura bilməzlər. Təhsil nazirliyi bu qeyri-qanuni işin qarşısında səssiz dayanmamalıdır. Bu vəziyyətlə bizim qızlarımız təhsil haqqından məhrum edilirlər.  
 
Malavi dölvəti bəyanat yayaraq  bildirib ki, məktəblər heç bir şagirdi geyim qaydalarına riayət etmədiyi üçün məktəbdən qova bilməz. Buna baxmayaraq bu ölkənin katolik kilsəsi bəyanatı görməzdən gəlir və təhsil qanunlarının hicabı məktəbli geyim forması kimi qəbul etmədiyini iddia edir.  
 

Google+ WhatsApp ok.ru