Hicablı `Barbie`lər İnstaqramı fəth etdi - FOTOLAR

"Barbie" gəlincikləri dünyada balaca qızlar tərəfindən ən çox sevilən oyuncaqlardandır. Bu yaxınlara qədər bu gəlinciklər  həm də modern stili ilə məşhur idi. Lakin ötən ay Mattel uzun illərdən sonra «Barbie»lərdə köklü dəyişikliklər edib. Bu gün bu gəlincikləri müxtəlif tipdə -dolğun, incəbel, sarışın, qaradərili, əsmər və sair formalardan görmək olar.
 
FaktXəbər-in CNN-ə istinadən verdiyi məlumata görə, nigeriyalı tibb tələbəsi isə bütün bunlara daha bir yenilik əlavə etməklə sosial şəbəkələrdə böyük məşhurluq qazanıb. Belə ki, Hənifə Adam bu gəlincikləri müxtəlif formada hicablarla bəzəyib. Onun sözlərinə görə, İnstaqramda "Barbi Stil" səhifəsinə girdikdən sonra bu fikir onun ağlına gəlib: "Gəlinciyin stillərinə  baxdıqdan sonra anladım ki, heç bu gəlinciyin hicablı formasını görməmişəm. Bu, mənə hicablı "barbie"lərin yer aldığı "Hijarbie" səhifəsini yartamağa ilham verdi. Mən sadəcə müsəlman qızlar üçün daha bir variant təklif etmək istəyirdim".
 
"Hicab mənim üçün təvazökarlıq simvoludur. Bu, mənim elə bir tacımdır ki, başqalarının gözündə necə olmaq istədiyimə  özümün nəzarət etməyimə imkan verir. Və əlbəttə ki, dini aksesuardır", - deyə o, vurğulayır.
 
Qeyd edək ki, Hənifə Adamın bu təşəbbüsü  bütün dünyada pozitiv qarşılanıb. Bu məqsədlə onun tərəfindən İnstaqramda yaradılan "Hijarbie" səhifəsində artıq 20 minə yaxın izləyici var.
 
Bununla belə, tələbənin sözlərinə görə, müsəlman qadınların hicabla əzildiyini, azadlıqlarının pozulduğunu hesab edən bəzi insanlardan neqativ şərhlər alıb. O deyir ki, bu təşəbbüsün də əsas məqsədi dünyada belə yanlış fikirləri düzəltməkdir:
 
 
"Bəziləri düşünür ki, müsəlman qadınlar məcburiyyətdən örtünürlər. Ancaq belə deyil. Əksəriyyətimiz istəyirik ki, örtünək və bununla da dinimizin İslam olduğunu bəyan edək".
 
 
"Mən düşünürəm ki, dünyada müsəlman kimliyini tanıtmaq və bəzi yanlış düşüncələri dəyişdirmək üçün bu əla platformadır", - deyə Hənifə Adam son olaraq bildirib.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru