Hicablı qız  ‘ilin ən yaxşı gənc idmançısı’ adını aldı

Hicablı qız ‘ilin ən yaxşı gənc idmançısı’ adını aldı

İngiltərədə yaşayan hicablı idmançı qız "ilin ən yaxşı gənc idmançısı" mükafatına layiq görülüb.
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, bu mükafatı qazanan Xədicə Mella adlı hicablı müsəlman qız ölkə üzrə at yarışlarının qalibidir.
 
O, Londonda keçirilən mərasimdə ən yaxşı gənc idmançı adına layiq görülərək mükafatlandırılıb.  
 
Xədicə Mella mətbuat ilə müsahibəsində deyib: Bu mükafatın digər namizədlərini televiziyadan gördükdə heyrətləndim. Bu adı qazanmağım mənim üçün inanılmaz idi. Öz hicabımla İngiltərə cəmiyyətinə müsəlman bir xanımı müsbət simada tanıda bildiyim üçün şadam.  
 

Google+ WhatsApp ok.ru