Hicablı tələbə hüququnu tələb edib, məktəbə döndü

İsveçrənin paytaxtı Berndə hicaba görə məktəbə qəbul olunmayan Makedon əsilli 14 yaşlı 9-cu sinif şagirdi, iki həftə fasilədən sonra məktəbə dönüb.
 
Maide.az-ın məlumatına görə, məktəbinə geri qayıdan Leyla G., açıqlamasında bildirib ki, başını örtməyə qərar verib məktəb müdirinə hicabla məktəbə gəlib-gəlməyəcəyini sual etdikdə, "Yox, məktəb əsasnaməsinə zidddir" cavabını alıb.
 
Evə gedib internetdə araşdırma apardığını və Berndə məktəblərdə geyim zəruriliyi olmadığını öyrəndiyini söyləyən Leyla G., belə davam edib:
 
"Hicabın qadağan olmadığını bilməyin verdiyi etibarla ertəsi gün məktəbə hicabla getdim. Məktəb direktorunun məni ilk dəfə görəndə dediyi söz, "məni provokasiya etməyə çalışırsan" oldu. Məqsədimin bu olmadığını söyləməyimə baxmayaraq, evə getməyimi və axşam ailəmlə əlaqə yaradacağını söylədi. Mən də məktəb direktorundan məni evə göndərdiyini və axşam ailəmlə əlaqə saxlayacağna dair yazılı bir sənəd verməsini istədim. Məktəb direktoru yazılı sənəd verməyi rədd etdi və bu arada yanımızda olan başqa bir müəllim evə getməyim lazım olduğunu, yoxsa polis çağıracağını dedi".
 
Uzun bir mübahisədən sonra üzərində çox təzyiq hiss etdiyini, məktəb direktorunun əsəbiləşdiyini deyən Leyla G., qorxduğunu və evə getməyə qərar verdiyini deyib.
 
Leyla, "Evə gedib vəziyyəti anama danışanda, "Atanı gözləyək" - dedi. Axşam atam gələndə məktəb direktoru evə zəng vurdu və atama, "Leyla hicab taxdığı müddətdə evdə qalmaq məcburiyyətindədir", - söylədi. Atam isə mənim ertəsi gün məktəbə gedəcəyimi dedi. Ertəsi gün hicabla məktəbə getdim, ancaq müəllimim hicabla məktəbə gəlməmək məsələsində israr etdi və evə qayıtmaq məcburiyyətində qaldım" söyləyib.
 
İsveçrə İslam Mərkəz Şurasından yardım istədiyini qeyd edən Leyla G, təşkilatın köməyi ilə hadisəni mediaya бфевжквжъжтж deyərək sözlərini belə davam eвши:
 
"Məktəb direktoru ailəmlə yenə ünsiyyət yaratdı və 18 yaşımdan kiçik olduğum üçün, atamın arzusu ilə başımı örtdüyümə dair yazılı sənəd istədi, ancaq atam bunu qəbul etməyərək, "başını öz iradəsi ilə örtüb" yazılan bir elektron poçt göndərdi və məktəb də qəbul etdi. Hüquqlarımı bilirəm, mübarizəmi qazandım və məktəbə döndüm".

Google+ WhatsApp ok.ru