Hicablı xanım Avstraliyada keçirilən seçkilərdə qalib gəldi

Hicablı xanım Avstraliyada keçirilən seçkilərdə qalib gəldi

Avstraliyada ilk dəfə hicablı xanım Sidneyin cənub-qərbindəki Canterbury Şəhər Şura seçkilərində qələbə qazanaraq Şuraya üzv olub.  
 
Maide.Az xəbər verir ki, Avstraliyada parlament nümayəndələri və irqçi qruplar dövlət müəssisələrində hicablı xanımların çalışmasına qarşı çıxmasına baxmayaraq  ərəb əsilli müsəlman xanım Nadiya Saleh  ilk dəfə olaraq Canterbury Şəhər Şurası seçkilərini qazanıb. 
 
Nadiya Saleh ailəlidir. 4 övladı var. Onun  oğlu Kamal Saleh  Avstraliyada tanınmış din xadimidir. 
 
Qeyd edək ki, Canterbury şəhərində yarım milyondan artıq müsəlman yaşayır.(iqna)
 

Google+ WhatsApp ok.ru