Hicab məhbusunun vəziyyəti kəskin pisləşib

Hicab məhbusu Məlikov Bayraməlinin səhhətinin stabilləşməsi üçün qan köçürülməsinə ehtiyacı var. AzadXeber.net-in verdiyi məlumata görə, Azərbaycanda orta məktəblərdə hicaba qadağa qoyularkən etiraz askiyasında iştirak etmiş məhbuslardan birinin vəziyyəti kəskin pisləşib. 2012-ci ilin 5 oktyabrından etibarən həbsdə olan Məlikov Bayraməli saxlanıldığı 5 saylı-cəzaçəkmə müəssisəsindən hospitala aparılıb.

Qeyd edək ki, hicab məhbusunun mədəsində qastrit olduğundan onun orqanizmində daxili qanaxma yaranıb. Həkimlər Məlikov Bayraməliyə qanaxmanı dayandılrmaq üçün iynə vurulublar. Hazırda hicab məhbusunun səhhətinin stabilləşməsi üçün qan köçürülməsinə ehtiyacı var.

Google+ WhatsApp ok.ru