Hicab moda imperiyasını fəth edir

Hicab moda imperiyasını fəth edir

 
Hicaba olan marağın artması dizaynerləri də bu istiqamətdə fərqli ideyalar hazırlamağa vadar edir.  İndoneziyalı dizayner Аnnisya Hasbian Amerikanın Nyu-York ştatında keçirilən moda həftəsində özünün qeyri-adi kolleksiyası ilə çıxış edib. 
 
Maide.Az "islamnews" xəbər verir ki, modelin podium üzrə nümayişi zamanı gözəl naxışlı hicab geyimləri nümayiş olunub. Çox zərif və müasir, uzun paltarlar, örtüyü, əllərini, boynunu örtən yaylıqlar izləyənlərin diqqətini cəlb edib.
 
"De Jayakarta" adlı kolleksiyada 38 gündəlik və 10 axşam geyimi nümayiş olunub. Maraqlıdır ki, bir çox tanınmış modelyerlər hicaba qarşı maraq göstəriblər - xüsusi ilə məşhur dizaynerlər Oskar de la Renta, DKNY və Tommi Hilfieger. 
 
2016-ci ilin yanvar ayında italiyalı dizaynerlər Dominko Dolce və Stefano Qabbana, yaxın şərq ölkələrində müsəlmanlar üçün yeni Dolce & Gabbana kolleksiyasını təqdim ediblər.
 
İtalyan dizaynerlərin kolleksiyasında qara rəng üstünlük təşkil edir. Dolce & Gabbana firması müsəlmanlar üçün "Abaya" adı altında təqdim etdikləri kolleksiyada hicab, qadın geyimləri, ayaqqabı və digər aksesuarlar olub. Bu ilin martında isə yapon brendi "Uniqlo" Böyük Britaniyada müsəlman qadınları üçün paltar satmağa başlayıb.
 
Dünyanın bir çox ölkəlkərində hicab geyimləri artıq brend olmağa başlayıb. Onlardan  Malayziyanın məşhur “Naelofar Hijab” brendi göstərmək olur. Bu brend hicab istehsalı ilə məşğuldur. Hansı ki, kompaniya artıq dünya bazarına çıxır. 
 
"Naelofar Hijab" brendi ilə satışa çıxarılan hicab geyimləri 2015-ci ildə 11.8 mln dollara çatıb. Hansı ki orada ən bahalı hicab geyimi 24 dollardır. "Naelofar Hijab"-ın ABŞ, İngiltərə, Niderland, Sinqapur, Avstraliyada distribütorları var və dünya brendi halına gəlməkdədir.
 
Ümumiyyətlə isə bu sektor dünyada 230 mlrd dollar dəyərində qiymətləndirilir. Mütəxəssislər düşünür ki, 2020-ci ilə kimi bu sektor 330 mlrd dollarlıq həcmə çata biləcək.
 

Google+ WhatsApp ok.ru