Hicab qadağasına qarşı Moskvada piket keçirilib

Rusiyanın Piroqov adına Milli Tibbi Tədqiqat Universitetinin ərazisinə 2014-cü il noyabrın 1-dən hicabla gəlmək qadağan olunub. Qanuna tabe olmayan tələbələri Universitetdən qovulma təhlükəsi gözləyir. 
Maide.az-ın məlumatına görə, oktyabrın 27-də Moskvada, müsəlman qadınların müdafiəsi məqsədi ilə piketlər təşkil olunub. 
Dindarlar arasında məşhur olan blogger - Əli Çarinski öz facebook səhifəsində yazıb : "Diqqət! Start!  Piroqov adına Tibb Universitetində hicab taxma qadağası noyabrın 1-dən qüvvəyə minir. Tabe olmamığın cəzası - qovulmaqdır. Biz dindarların müdafiəsinə qalxırıq. Onların dinlərinə əməl etmək və təhsil almaq hüquqları var. "
O, həmçin Universitetin qarşısında keçirilmiş piketdən tək fotoşəkillər paylaşıb. Bu piketləri iki, laqeid qala bilməyən blogger edib - Umar Səid və Əsadullah Həsənəliyev. 
ƏIi Çarinski əlave edib ki, "Ümid edirəm ki, hicablı müsəlman qadınların problemlərinə laqeod qala bilməyən kişilər tapılacaq." //
 

 

Google+ WhatsApp ok.ru