Hicab taxdığına görə müsəlman və xristian tələbə qızlar imtahana buraxılmadı

Hindistanda ölkə üzrə tibb universitetinə keçirilən qəbul imtahanı zamanı iki müsəlman və xristian tələbə qız hicabdan imtina etmədikləri üçün imtahana buraxılmayıb.
Maide.az Times of India qəzetinə istinadən məlumat verir ki, bu iki tələbə qızın imtahana buraxılmaması Hindistanda dini azlıqların etirazına səbəb olub.  
İmtahana buraxılmayan Rihana adlı müsəlman qız deyib ki, öz inancıma görə geyindiyim hicabı çıxartmaqdansa imtahanda iştirakdan imtina etmək mənim üçün daha yaxşıdır. 
Qeyd edək ki, Rihanadan başqa həmdə Səba adlı 19 yaşlı bir rahibə qız da geyiminə görə imtahana buraxılmayıb.  Səba deyir ki, düşünürdüm məni imtahana buraxacaqlar.” Yoxlamadan keçəndən sonra məni sırada saxladırlar. Daha sonra direktor mənə yaxınlaşıb dedi ki, başını açmalısan ki, səni imtahana buraxaq, mən qəbul etmədim"
Hindistanın Malankara katolik kilsəsindən  kardinal Kilimis Hindistan hökumətinin dini simvollara qoyduğu qadağanı pisləyib və deyib ki, biz münaqişə yaratmaq istəmirik, amma geyiminə görə bir rahibənin imtahana buraxılmaması bizi narahat edir.
Qeyd edək ki, Hindistanın Ali Təhsil Şurası yeni bir qanun qəbul edib ki, həmin qanuna görə tibb üzrə keçirilən imtahanlarda hicablı qadınların iştirakı qadağan olunur. Bu qadağaya səbəb kimi isə guya hicablı xanımların imtahanda saxtakarlıq etməsini göstərib.  
Bu qanun Hindistanda müsəlman tələbə və şagirdlərin gələcəyinə təhlükə yaratdığı üçün müsəlman icmaları tərəfindən geniş etirazlarla qarşılanıb.  Etirazlar nəticəsində Hindistanın Ali Məhkməsi ötən həftə Krala əyalətində bu qanunu ləğv edib.  Hindistanın bir milyarddan çox əhalisi var ki, onların 13 faizini müsəlmanlar təşkil edir.Hindistan müsəlmanları uzun müddətdir ki, müxtəlif sahələrdə  ictimai və iqtisadi ayrı-seçkiliklərlə üzləşirlər. / 
 
 

Google+ WhatsApp ok.ru