Hicab və Hicab Qadağası Məhbuslarının Müdafiə Komitəsi Şeyx Nəmrin edam hökmünə etiraz etdi 21 Oktyabr 2014 01:00 Ölkə Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi Səudiyyə Ərəbistanının Əhli-Beyt (ə) məktəbinin şücaətli fəqihi və din xadmi Ayətullah Nəmr haqqında çıxardığı ölüm hökmünü pisləyib. Bu barədə bəyanat yayıb. Maide.az bəyanatı təqdim edir: “Eləcə də sizə: “Qalxın!” deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır!»( Mücadilə surəsi-11) Son günlər Ərəbistanın totalitar rejimi tərəfindən böyük, xalis imanlı, mübariz Əhli-Beyt (əleyhimussalam) məktəbinin şücaətli fəqihi və din xadmi Ayətullah Nəmrin Haqq yolunda qəhrəmancasına mübarizə apardığına görə onun haqqında ölüm hökmü çıxarmışdır. Dünyada vəhhabi terroritstlərin hamısı adı ilə tanınmış bu ölkə rəhbərləri bəzi totalitar rejimlər kimi hələ də qəflət yuxusundan ayılmamış və özlərini fironlar kimi aparmaqda davam edirlər. Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi belə bir haqsız hökmü qəti şəkildə pisləyir və bu “hökmü” çıxaranlardan qəti olaraq tələb edir ki, səhvlərini tezliklə düzəltsinlər və azad fikirli dahi almi azadlığa buraxsınlar!. Mudafiə Komitəsi mətbuat şöbəsi / Teqlər : #Hicab və Hicab Qadağası Məhbuslarının Müdafiə Komitəsi Şeyx Nəmrin edam hökmünə etiraz etdi , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda siqaret bahalaşacaq DEVAMM-ın Ayətullah Nəmr barəsində çıxarılan edam hökmünə etiraz bəyanatı