Hikmət Hacıyev: Bu gecədən hərbi vəziyyət elan edilir

Hikmət Hacıyev: Bu gecədən hərbi vəziyyət elan edilir

Azərbaycan Resbuplikasında hərbi vəziyyət elan edilməsi ilə bağlı fərman imzalanıb.

 
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
 
H.Hacıyev qeyd edib ki, erməni təxribatını nəzərə alaraq Azərbaycanda 28 sentyabr 2020-ci il saat 00:00 tarixdən hərbi vəziyyət elan edilir.
 
Onun sözlərinə görə, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Beyləqan, Ağdam, Tərtər, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında saat 21:00-dan 6:00-dək hərbi vəziyyət elan edilib: "Xüsusi giriş çıxış müəyyən edilib". Prezident köməkçisi Hikmət Hacıyev məlumat verib ki, sözügedən yerlərdə müvafiq icazələrin alınması ASAN xidmət və Daxili İşlər Nazirliyi vasitəsilə aparılacaq. İcazələr elektron icazə formatında həyata keçiriləcək.

Google+ WhatsApp ok.ru