Hikmət Hacızadə: “Ölkə siyasətində müsbətə doğru dəyişikliklər olmayıb”

Hikmət Hacızadə: “Ölkə siyasətində müsbətə doğru dəyişikliklər olmayıb”

Bu ilin 8 ayını artıq geridə qoymuşuq. Ölkənin siyasi səhnəsində müəyyən proseslər baş verdi. Bu proseslər bir çox sahələri əhatə etsə də, köklü dəyişikliklər müşahidə edilmədi. 2016-cı il ölkə üçün ciddi islahatlar ili olaraq qeyd edilmişdi.

Politoloq Hikmət Hacızadə ötən 8 ayın nəticələri ilə bağlı fikirlərini bölüşərkən deyib ki, əfsuslar olsun ki, ölkənin siyasi müstəvisində yaxşı bir hal müşahidə edilmədi: “Hökumətin bu zaman ərzində təzyiqləri, repressiyaları davam etdi. Bu müddət ərzində demokratik çevrədən 5-6 nəfər buraxdılar. Daha sonra isə yenidən həbslər və təzyiqlər başlandı. Bu istiqamətdə olan proseslər eyni templə davam edir. İndi yeni mövzu kimi konstitusiya qəbulu mövzusu gündəmdədir. Mürtəce dəyişiklikləri referendum yolu ilə həyata keçirmək istəyirlər. Ən kədərli mövzu bohranla bağlıdır. Manat çox ciddi dəyər itirdi. Yüksək tribunadan islahatlar sözü vermişdilər. Qeyd etmişdilər ki, 2016-cı il islahat ili olacaq. Eyni zamanda korrupsiya ilə cidi mübarizə aparılacaq. Heçnə olmadı. Ölkəmiz üçün ən kədərlisi budur. Yaxşılığa doğru da heçnə görünmür. Ya bu hökumət heçnə bacarmır, ya hansısa başqa planı var. Heç bir ürəkaçan mövzu yoxdur”. (deyerler.org) /

Google+ WhatsApp ok.ru