Hindistan susuzluqdan əziyyət çəkir: Turistlərə `gəlməyin` deyə xəbərdarlıq edildi

Hindistan susuzluqdan əziyyət çəkir: Turistlərə `gəlməyin` deyə xəbərdarlıq edildi

-- şəhərin təxminən 200 min sakini bir həftədir susuzdur

Hindistanın şimalında yerləşən Şimla şəhəri bir həftədir su qıtlığından əziyyət çəkir. Şəhər sakinləri sosial mediada turistlərə "gəlməyin" deyə xəbərdarlıq etdilər. 
 
Maide.Az xəbər verir ki, İndian Ekspress qəzetinin yazdığına görə, şəhərin təxminən 200 min sakini bir həftədir susuzdur. Şəhər sakinlərinin xəbərdarlığından sonra turistik şəhərdə turist sayının 35 faiz azaldığı bildirildi.
 
Sosial mediadakı xəbərdarlıqları duyan turistlərin otel sifarişlərini ləğv etdikləri bildirildi. 
 
Bölgədəki su qıtlığının səbəbi kimi isə həddindən artıq istilər nəticəsində su qaynaqlarının quruması göstərilir.

Google+ WhatsApp ok.ru