Hindistan və Pakistan Şanxay Əməkdaşlıq Təşkilatına daxil edilib

Hindistan və Pakistan Şanxay Əməkdaşlıq Təşkilatına daxil edilib

İslaminSesi-nin TASS-a istinadla verdiyi məlumata görə, Şanxay Əməkdaşlıq Təşkilatı Qazaxıstanın paytaxtında keçirilən sammitdə Hindistan və Pakistanın təşkilata üzvlüyünü rəsmən qəbul edib.
Bu ölkələrin təşkilata daxil edilməsilə ŞƏT-in tam hüquqlu üzvləri 6-dan 8-ə yüksəlib. ŞƏT 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan prezidentləri tərəfindən yaradılmış beynəlxalq təşkilatdır.
 
Təşkilatın əsas vəzifələri iştirakçı dövlətiləri birləşdirən geniş məkanda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizm, separatizm, ekstremizm, narkotrafik ilə mübarizə, iqtisadi əməkdaşlıq, enerji tərəfdaşlığı, elmi və mədəni əlaqələrin inkişafından ibarətdir.
 

Google+ WhatsApp ok.ru