Hindistanda ağır yol qəzası baş verib: 17 ölü, 12 yaralı

Hindistanda ağır yol qəzası baş verib: 17 ölü, 12 yaralı

-- Onlardan 3-nün vəziyyəti ağırdır

Hindistanın Uttar-Pradeş ştatında sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.
 
Maide.Az Trend-ə istinadən xəbər verir ki, yol qəzası nəticəsində azı 17 nəfər həlak olub, 12 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 3-nün vəziyyəti ağırdır.
 
İlkin məlumata əsasən, sərnişin avtobusu ötmə əməliyyatı etmək istəyərkən maneəyə çırpılıb və aşıb.
 
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
 

Google+ WhatsApp ok.ru