Hindistanda daşqınlar nəticəsində 17 nəfər ölüb

Hindistanda daşqınlar nəticəsində 17 nəfər ölüb

-- Təqribən 40 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb

Hindistanın şimal-qərb rayonlarında baş vermiş daşqınlar nəticəsində 17 nəfər həyatını itirib.
 
Maide.Az “Report”a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən NDTV məlumat yayıb.
 
Telekanalın məlumatına görə, daşqın və sürüşmə Hindistanın Assam, Mizoram və Tripura ştatlarında baş verib.
 
Daşqınlar 22 mindən çox tikiliyə ziyan vurub. Bölgədəki 3 min 292 hektar sahədə 716 kəndin su altında qaldığı,təqribən 40 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.
 
Hazırda qaçqınların müvəqqəti yerləşdirilməsi üçün 189 çadır düşərgəsi salınıb.
 
 Meteorologiya Agentliyindən verilən açıqlamada yağışların digər bölgələrdə də təsirli olacağı barədə xəbərdarlıq edilib.
 

 

 

Google+ WhatsApp ok.ru