Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 83-ə çatıb

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 83-ə çatıb

Hindistanın şimal-şərqində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 83 nəfərə çatıb, 2 milyondan çox insan evsiz qalıb.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, regionda iki həftə davam edən leysan yağışlar, o cümlədən Brahmaputra çayının sahildən çıxması güclü daşqınlara səbəb olub,
 
Assam ştatında 2,5 min yaşayış məntəqəsi su altında qalıb. Məlumata əsasən, 1985-ci ildən etibarən YUNESKO-nun Ümumdünya irsində yer alan Kaziranqa Milli Parkını da su basıb.
 

Google+ WhatsApp ok.ru