Hindistanda kəskin soyuqlar 143 adamı öldürdü

Hindistanda kəskin soyuqlar 143 adamı öldürdü

-- Hindistanda 8 dərəcəyədək şaxta hökm sürür

Hindistanın şimalındakı Uttar-Pradeş ştatında anomal soyuqlarla əlaqədar son sutka ərazində 40-dan çox sakin həlak olub.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, son bir neçə gün ərzində ölkə ərazisi üçün rekord hesab olunan 8 dərəcəyədək şaxta hökm sürür.
 
Ümumilikdə, yanvarın 5-dən davam edən soyuqlardan 143 nəfər həlak olub.
 
Bildirilir ki, təbiət hadisəsi ilə əlaqədar məktəblərdə dərslər dayandırılır.
 
Kəskin soyuqların yaxın iki gündə davam edəcəyi proqnozlaşdırılır.
 

Google+ WhatsApp ok.ru