Hindistanda musson yağışları 511 nəfərin həyatına son qoydu

Hindistanda musson yağışları 511 nəfərin həyatına son qoydu

-- 176 nəfər yaralanıb

Hindistanda, keçən aydan başlayaraq davam edən musson yağışları nəticəsində yaranan sel və torpaq sürüşməsi nəticəsində 511 nəfər həyatını itirib.
 
Maide.Az "AA"a istinadən xəbər verir ki,  Mərkəzi Su Komissiyasi (CWC)  tərəfindən verilən hesabatda, 1 iyunda başlayan və ölkəni təsiri altına alan musson yağışları səbəbiylə bu günə qədər 511 nəgərin öldüyü, 176 nəfərin isə yaralandığı bildirilir. 
 
Hesabata görə 91 əyaləti təsiri altına alan sel və torpaq sürüşməsindən 55 min ev ziyan görüb, 1 milyondan çox heyvan tələf olub.
 
Bu ilin Hindistanda son 64 ildə ən şiddətli yağışların yağdığı il olduğu bildirilir.

Google+ WhatsApp ok.ru