Hindistanda qiyməti iki qata qalxan pomidora silahlı mühafizəçi

Hindistanda qiyməti iki qata qalxan pomidora silahlı mühafizəçi

Hindistanın Madya Pradeş əyalətində pomidorun qiyməti sürətlə qalxınca, tərəvəz oğurluğunun qarşısını almaq üçün silahlı mühafizəçilər təyin edilib.
 
Devi Ahilya Bai Holker tərəvəz-meyvə bazarında təyin edilən 6 mühafizəçi pomidorlar yük avtomobillərindən boşaldılarkən kiminsə yaxınlaşmasına imkan vermirlər.
 
Hindistanda, ümumiyyətlə bu ay bir çox şəhərdə pomidor oğurluğu halları qeydə alınıb. Əslində bu il Madya Pradeşdə pomidorun məhsuldarlığı çox yüksək olub.
 
İstehsal çoxluğu səbəbiylə qiymətlər həddən artıq ucuzlaşdığına görə, ötən ay bir çox istehsalçı pomidorları yollara tökmüşdü.
 
 
 
"Pomidor da soğan kimi hökuməti devirə bilər"
 
Lakin pomidorun mövsümünün başa çatması və şiddətli yağışların bəzi bölgələrdə məhsullara ziyan verməsi səbəbiylə bu ay qiymətlər qalxıb.
 
Bir kilo pomidorun qiyməti bir ay əvvəllə müqyisədə iki dəfə artaraq 100 rupiyə (təqribən 2.62 manata) yüksəlib.
 
India Today qəzetində yer alan bir yazıda, Hindistanda "soğanın hökumətləri devirəcək qədər əhəmiyyətli olduğuna" diqqət yönəldilərək pomidor qiymətlərinin də "hökümətə təhlükə yarada biləcəyi" bildirilib.(bbc)

Google+ WhatsApp ok.ru