Hindistanda sel fəlakətinin ardından epidemiya can alır: 2 gündə 11 nəfər həyatını itirdi

Hindistanda sel fəlakətinin ardından epidemiya can alır: 2 gündə 11 nəfər həyatını itirdi

Hindistanın cənubunda Kerala əyalətində baş verən sel fəlakətinin ardından yayılan leptospiroz xəstəliyindən, 2 gün ərzində 11 nəfər həyatını itirib. 
 
Maide.Az "t24.com.tr"ə istinadən xəbər verir ki, hökumət sel sularıyla təmas edənlərin tədbir məqsədi ilə dərman içməsini istədi, səhiyyə işçiləri isə belə bir epidemiyanı gözlədiklərini və hazırlıqlı olduqlarını bildiriblər. 
 
Keralada sel fəlakəti nəticəsində iyun ayından bu günə qədər təqribən 400 nəfər həyatını itirib, bir milyondan çox insan evlərini tərk etməyə məcbur olub, minlərlə insan çadırlara yerləşdirilib.
 
Səhiyyə Nazirliyinin səlahiyyətli işçisi doktor İqbal Babukunju "Seldən sonra su vasitəsiylə yayılan vəba, qarın yatalağı, sarılıq və leptospiroz kimi xəstəliklərin meydana çıxmasını gözləyirdik. İnsanlar çadırlardan evlərinə dönməyə başlayıb. Ancaq xlorlanmış bir çox evdə sel suları hələ çəkilməyib. Buna görə də insanların xəstəliyə yoluxması qaçınılmazdır." 
 
Kerala əyalətinin Səhiyyə Şöbəsinin müdiri doktor Saritha R. "Bölgədəki bütün xəstəxanalarda penisillin var. Xəstəxanalara leptospiroz zamanı nələr ediləcəyinə dair bildiriş göndərdik"-deyə bildirib.  
 
Leptospiroz xəstəliyi siçanlarla və ya heyvan mayeləri ilə yoluxur. Bakteriya bədənə ya dəridəki kəsiklər ya da göz, burun vasitəsiylə girir.
 
Xəstələrdə qızdırma, ürək bulanması, əzələ ağrıları, qusma və ishal əlamətləri baş verir.

Google+ WhatsApp ok.ru