Hindistanda 200 milyon nəfər etiraz edir: Maaş artırılsın

Hindistanda 200 milyon nəfər etiraz edir: Maaş artırılsın

Hindistanda təqribən 200 milyon nəfər ikigünlük ümummilli tətildə iştirak edir.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, etirazçılar minimal əməkhaqqının və pensiyaların artırılmasını, iş yerlərində şəraitin yaxşılaşdırılmasını tələb edirlər.
 
Nümayişçilər mərkəzi hakimiyyəti işçilərin maraqlarını müdafiə etməməkdə günahlandırırlar.
 
Ölkənin bir sıra bölgələrində tətil iştirakçıları dəmir və avtomobil yollarını bağlayıblar. Qərbi Benqaliya və Kerala ştatlarında isə polislə toqquşmalar qeydə alınıb.
 
Bir sıra şəhərlərdə məktəb, mağaza və iş yerləri bağlanıb.
 

Google+ WhatsApp ok.ru