Hindistanda 3 gündə musson yağışları 74 nəfərin həyatına son qoydu

Hindistanda 3 gündə musson yağışları 74 nəfərin həyatına son qoydu

Hindistanın Uttar Pradeş ştatında baş verən güclü yağışlara görə ölənlərin sayı 74-ə çatıb. 
 
Maide.Az “NTV”ə istinadən xəbər verir ki, ştatın müxtəlif bölgələrində üç gündür yağan güclü yağışlarda 77 nəfər də yaralanıb.
 
Bölgədə 500 evin dağıldığı yağışlarda , bəzi evlərin divarları dağılıb,  elektrik dirəkləri aşıb və yollar su altında qalıb. 
 
Hökumət fəlakətdə həlak olanların ailələrinə, yaralananlara və evləri ziyan çəkənlərə maliyyə yardımı göstəriləcəyini açıqlayıb.
 
Rəsmi qurumların açıqlamalarında, 1 iyundan etibarən ölkəni təsiri altına alan musson yağışlarına görə ölkə daxilində 600-dən artıq adamın öldüyü, 200-e yaxın adamın isə yaralandığı bildirilir.
 
Qeyd edək ki, Hindistanda, keçən aydan başlayaraq davam edən musson yağışları nəticəsində yaranan sel və torpaq sürüşməsi nəticəsində 55 min ev ziyan görüb, 1 milyondan çox heyvan tələf olub.
 
Bu ilin Hindistanda son 64 ildə ən şiddətli yağışların yağdığı il olduğu bildirilir.
 

Google+ WhatsApp ok.ru