Hindistanda anomal isti hava ilə əlaqədar ölənlərin sayı 800-ə çatıb

Hindistanın cənubi "Andxra-Pradeş" və "Telenqana" ştatlarında isti havanın qurbanlarının sayı 800 nəfərə çatıb. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.
 
Verilən məlumata görə, ölənlərin əksəriyyəti evsiz insanlardır. Meteoroloqların sözlərinə görə, havanın temperaturu yaxın günlərdə düşməyəcək.
 
Yerli hakimiyyət insanlara yaxın günlərdə küçəyə çıxmamağı məsləhət görür və təhlükəsizlik qaydalarına riayət etməyə çağırır, bundan başqa mobil məntəqələrin açılması elan edilib. Bu məntəqələrdə arzu edənlər içməli su və süd ilə təmin olunacaqlar.
 

Google+ WhatsApp ok.ru