Hindistanda ağır yol qəzası baş verib, onlarla insan ölüb

Hindistanda ağır yol qəzası baş verib, onlarla insan ölüb

Hindistanda ağır yol qəzası qeydə alınıb.
 
“Report”un məlumatına görə, bu barədə NDTV telekanalı bildirib.
 
Məlumata görə, hadisə Uttar-Pareş ştatında, Aurayya şəhərində qeydə alınıb. Belə ki, miqrantları daşıyan yük maşını digər yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində iyirmi dörd nəfər həlak olub. Qəza zamanı habelə çoxlu sayda insan xəsarət alıb. 
 
Qeyd edilir ki, qəza ştatın paytaxtından təxminən 200 kilometr məsafədə olub. Yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, daxili miqrantlar Rajastandan və Xaryanadan öz doğma ştatlarına gedirmiş. İşçilər buğda kisələri daşıyan yük maşınının sürücüsündən onları aparmağı xahiş ediblər.
 

Google+ WhatsApp ok.ru