Hindistanda avtobus qəzasında 43 nəfər ölüb

Hindistanda avtobus qəzasında 43 nəfər ölüb

Şimali Hindistanın Himaçal-Pradeş vilayətində avtobus dərəyə düşüb.
 
Maide.Az "Trend"-ə istinadla xəbər verir, hadisə nəticəsində 43 nəfər həlak olub.
 
Məlumata əsasən, daha 30 nəfər xəsarət alıb.
 
Qeyd edilir ki, qəza zamanı avtobusda ən az 73 nəfər olub.
 
Ölənlərin çoxu dərsdən sonra kəndlərinə qayıdan məktəblilər və kollec tələbələridir.
 
Polis hadisənin səbəblərini araşdırmağa başlayıb. İlkin məlumatlara görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.
 

Google+ WhatsApp ok.ru