Hindistanda baş verən yol qəzasında azı 15 nəfər ölüb

Hindistanda baş verən yol qəzasında azı 15 nəfər ölüb

Məlumata görə, ölkədə hər gün 400 nəfər, ildə isə təxminən 150 min nəfər avtomobil qəzasının qurbanı olur
 
Hindistanın Racastxan ştatında “Jeep”lə yük avtomobilinin toqquşması nəticəsində azı 15 nəfər ölüb.
 
“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda yerli “ANİ” agentliyi məlumat yayıb.
 
İnformasiyaya əsasən, qəza martın 3-də ştatın Xanumanqarh dairəsində olub. Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb.
 
Xəbərə görə, Hindistanda hər gün 400 nəfər, ildə isə təxminən 150 min nəfər avtomobil qəzasının qurbanı olur.
 
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, Hindistan yollarında son zamanlar qəzada ölənlərin sayı 200 mini ötüb. /

Google+ WhatsApp ok.ru