Hindistanda dəmir yolu stansiyasında izdiham: 15 ölü - FOTO/VİDEO

Hindistanda dəmir yolu stansiyasında izdiham: 15 ölü - FOTO/VİDEO

Hindistanın Mumbay şəhərində dəmir yolu stansiyasında yaranan basırıq nəticəsində azı 15 nəfər ölüb, 30 nəfər xəsarət alıb.
 
Polis yaralılardan 20 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.
 
Hadisə bu gün səhər saatlarında metropolisin cənub hissəsində yerləşən Prabhadevi və Parel stansiyaları arasındakı yerüstü keçiddə baş verib.
 
Yerli KİV-in məlumatına görə, bu gün səhər saatlarından Mumbaya güclü leysan yağışı yağdığından sakinlər küçələrin su altında qalacağından və yollarda tıxacların yaranacağından çəkinərək qatardan istifadə etmək istəyiblər. Bu isə stansiyada izdiham və basırığın yaranmasına səbəb olub.(report) /
 
 
 

Google+ WhatsApp ok.ru