Hindistanda daşqınlar davam edir, ölənlər var

Hindistanda daşqınlar davam edir, ölənlər var

Hindistanın şimal-şərqindəki Əssəm ştatında bir həftədir davam edən leysan yağışları səbəbindən baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 6 nəfər ölüb, 870 minədək əhalinin yaşadığı ərazi su altında qalıb.
 
“Report” DPA-ya istinadən xəbər verir ki, hakimiyyət orqanları ştatda 1556 kəndin əhalisini xilas etmək üçün ərzaq və tibbi ləvazimat tədarükü görür.
 
Brahmaputra çayı və qollarındakı su səviyyəsinin qalxması nəticəsində daşqınların daha da genişlənəcəyi qeyd olunur.
 
Hazırda hökumətin təşkil etdiyi 68 düşərgədə 8 minədək sakin yerləşdirilib. Dünyada təkbuynuzlu kərgədanların ən çox cəmləşdiyi ərazi kimi tanınan Kaziranqa milli parkının da daşqınlar altında qaldığı bildirilir.
 

Google+ WhatsApp ok.ru