Hindistanda daşqınlar nəticəsində 156 nəfər ölüb

Hindistanda daşqınlar nəticəsində 156 nəfər ölüb

Hindistanın Bihar ştatında baş verən daşqınlar nəticəsində 156 nəfər ölüb

 

TASS agentliyinə istinadən verilən xəbərə görə, iki həftə ərzində təbii fəlakətdən 1 milyon 400 min nəfər zərər çəkib.

 

Ştatda tüğyan edən daşqınlar 8 milyon hektar əkin sahəsini, avtomobil yollarını su altında qoyub, onlarla körpünü uçurub. Təbii fəlakət zonasından ümumilikdə 556 min nəfər təxliyə olunub, 303 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.

 

Qeyd edək ki, daşqınlara səbəb yağan şiddətli yağışlar nəticəsində altı çayın  məcrasından çıxması olub. (apa) /

Google+ WhatsApp ok.ru