Hindistanda daşqın və sürüşmə ən azı 20 nəfərin həyatına son qoyub

Hindistanda daşqın və sürüşmə ən azı 20 nəfərin həyatına son qoyub

Başladığı zamandan daşqınlara, sürüşmələrə səbəb olan yağışlar mövsümü Hindistanın şimal-şərqində ən azı 20 nəfərin həyatına son qoyub. 
 
SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, Assam ştatının Fövqəladə vəziyyətlərə reaksiya departamentindən qurbanların ya boğulduqları, ya da evlərin dağılması səbəbilə ölümlə nəticələnən travmalar aldıqları bildirilib.
 
Son iki həftə ərzində yağan leysan yağışlar Brahmaputra çayının daşmasına səbəb olub.

Google+ WhatsApp ok.ru