Hindistanda güclü leysan nəticəsində 75 nəfər ölüb

Hindistanda güclü leysan nəticəsində 75 nəfər ölüb

Hindistanın qərbi və cənub-şərqində güclü yağışların yağması nəticəsində azı 75 nəfər ölüb.

 
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı “Hindu” qəzeti yayıb.
 
Bildirilib ki, Solapur, Sanqali rayonlarında və Puna şəhərində yağan leysan nəticəsində binalar uçub, elektrik enerjisinin təchizatında fasilərlər yaranıb.
 
Məlumata görə, yüzdən artıq kəndlə əlaqə kəsilib. Təbii fəlakət bölgələrində 20 mindən çox sakin təxliyə edilib.
 
Hindistanın Telenqan əyalətində son 117 ildə müşahidə olunan ən güclü leysanın yağması nəticəsində 50 nəfər ölüb.
 

Google+ WhatsApp ok.ru