Hindistanda iğtişaşlarda ölənlərin sayı artdı

Hindistanda iğtişaşlarda ölənlərin sayı artdı

Hindistanın paytaxtı Nyu-Dehlidə 4 gün ərzində iğtişaşlarda ölənlərin sayı 34-ə çatıb.
 
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, yaralıların sayı 200-dən çoxdur.
 
Xatırladaq ki, paytaxtda fevralın 24-dən yeni vətəndaşlıq qanununun tərəfdarları və əleyhdarları arasında toqquşmalar baş verir.
 
Qeyd edək ki, vətəndaşlıq haqqında yeni qanun ölkədə yaşayan müsəlmanların etirazına səbəb olub. Qanuna edilən düzəlişlərə əsasən, yaşadığı ölkələrdə təqiblərə məruz qalan Cənubi Asiya ölkələrinin qeyri-müsəlman vətəndaşları asan yolla Hindistan vətəndaşlığı ala bilər. Lakin bu, müsəlmanlara şamil edilmir. Hökumətin bu addımı hindistanlı müsəlmanların kəskin etirazlarına səbəb olub.Bu səbəbdən ötən ilin dekabr ayından bəri ölkə daxilində tez-tez etiraz aksiyaları keçirilir. / APA
 

 

Google+ WhatsApp ok.ru