Hindistandakı bəzi xəstəxanalardakı müsəlmanlara islamofob yanaşma

Hindistandakı bəzi xəstəxanalardakı müsəlmanlara islamofob yanaşma

Hindistan mətbuatında yer alan xəbərlərə görə, müsəlman Rizvana Xatun Carkhand baş naziri Hemant Sorenə göndərdiyi məktubda, hamilə olduğunu və qanaxma şikayəti ilə vilayətdəki "MGM Hospital" dövlət xəstəxanasına getdiyini, ancaq dini kimliyinə görə müalicə edilmədiyini bildirib.

 
Maide.Az xəbər verir ki, məktubda o qeyd edib ki, xəstəxanaya gələndə qanamasına baxmayaraq, növbətçi heyət tərəfindən təhqir edilib və "Kovid-19" yaymaqda ittiham olunub.
 
Xatun xəstəxana əməkdaşları tərəfindən başmaqla döyüldüyünü bildirərək, "qanımı yerdən silməyimi istədilər. Mən şoka düşdüm və özəl bir klinikaya getdim. Orada körpəmi itirdiyimi söylədilər", - deyə qeyd edib.
 
Dünən Uttar Pradeş ştatının Meerut şəhərindəki "Valentis" özəl onkoloji xəstəxanası yerli qəzetə, yalnız "Kovid-19" testi mənfi olan müsəlman xəstələrin xəstəxanaya qəbul olunacağını bildirmişdi.
 
Sosial mediada yüzlərlə insan, o cümlədən alimlər, jurnalistlər və həkimlər xəstəxana rəhbərliyinin açıqlamasını "irqi ayrıseçkilik" adlandıraraq etiraz etmişdilər.
 
Bu ayın əvvəlində, Racastan ştatının Bharatpur bölgəsində müsəlman olduğu və "Zenana" xəstəxanasına qəbul edilməyən üçün təcili yardım maşınında doğuş etmək məcburiyyətində qalan qadın körpəsini itirmişdi.
 
Telanqana ştatındakı bəzi xəstəxanalarda müsəlmanların tibb müəssisələrinə girmələri qadağan edilib.
 
Ölkədəki bir çox müsəlman, onlara qarşı düşmənçiliyin artdığını və apteklərdə və marketlərdə qəbul edilmədiklərini söyləyirlər.
 
Hindistan millətçi baş naziri Narendra Modi keçən il yenidən seçildikdən sonra müsəlmanlara qarşı hücumlar daha da artıb.
 
Hökumətyönlü televiziya kanalları, sosial media istifadəçiləri, yazıçılar və jurnalistlər də daxil olmaqla bəzi quruplar müsəlmanları hədəf lövhəsinə çeviriblər.
 

Google+ WhatsApp ok.ru