Hindistandakı etirazlarda ölənlərin sayı 53 nəfərə çatıb

Hindistandakı etirazlarda ölənlərin sayı 53 nəfərə çatıb

Hindistanda  "Vətəndaşlıq Qanunu" na qarşı fevralın 23-dən Yeni-Dehlidə başlayan etirazlarda ölənlərin sayı 53 nəfər çatıb.
 
Maide.Az “dunyabulteni”-nə istinadla xəbər verir ki, Hindistan mətbuatında yer alan xəbərlərə görə, paytaxtın şimal-şərq bölgələrində nümayişlər zamanı baş verən iğtişaşlar  zamanı bir polis və bir kəşfiyyatçı olmaqla 51 mülki şəxs həyatını itirib. 
 
Polis rəsmiləri etirazlarla əlaqədar 1820 nəfərin tutulduğunu açıqlayıb.
 
Qeyd edək ki, ötən ilin dekabrın ayından yeni vətəndaşlıq qanunu  əleyhinə Hindistanda kütləvi etirazlar başlayıb. Etirazçılara hökumət qüvvələri ilə yanaşı ifratçı və ekstrimist buddistlər müdaxilə edib.  İfratçı buddistlər müsəlmanların yaşadığı bölgədə məscidləri yandırıb, qadınlar, uşaqlar və yaşlılara hücum edib. 
 
Hindistan parlamentinin qəbul etdiyi qanuna əsasən, qonşu Əfqanıstan, Paksitan və Banqladeşdəki qeyri-müsəlman miqrantlar Hindistan vətəndaşlığını sadələşdirilmiş prosedur çərçivəsində ala biləcəklər. Lakin bu qanun eyni mövqedə olan müsəlman mühacirlərini vətəndaşlıqdan məhrum edir.
 
Etirazçılar bildirir ki, bu qanun Baş nazir Narendra Modi-nin hindu-millətçi siyasətinin bir hissəsidir, məqsəd ölkənin 200 milyonluq müsəlman əhalisini təcrid etməkdir.  2019-cu ilin dekabr ayından bəri davam edən etirazlarda isə ölənlərin sayı ümumilikdə 79-a çatıb. 
 

Google+ WhatsApp ok.ru