Hindistandakı iğtişaşlarda ölənlərin sayı 38 nəfərə çatıb 28 Fevral 2020 13:50 Dünya Hindistanın paytaxtı Nyu Dehlidə son dörd gündə vətəndaşlıq haqqında qanun tərəfdarları ilə əleyhdarları arasında baş vermiş iğtişaşlarda ölənlərin sayı 38 nəfərə çatıb. Maide.Az “Indian Times”a istinadla xəbər verir ki, bu ötən 30 il ərzində Hindistanda dini zəmində baş vermiş qarşıdrumaların ən ölümcülüdür. Məlumata görə, iğtişaşlarda 200 nəfərdən çox yaralanıb, onların çoxu güllə yarası alıb. Iğtişaşlar baş verən bölgələrdə əhali qorxusundan evlərindən çölə çıxa bilmir. Qeyd edək ki, Hindistanda vətəndaşlıq haqqında qanuna dəyişikliklər edilib. Qanuna görə buddistlər, saklar, caynlar, xaçpərəstlər, hindular müəyyən şərtlər çərçivəsində bu ölkəyə köçə və vətəndaşlıq ala bilərlər. Lakin bu sənəd müsəlmanlar üçün belə yaşıl işıq yandırrmır.Bu da ölkədə yaşayan 200 milyon müsəlmanı ikinci dərəcəli vətəndaşa çevirir və ya onları ölkədən çıxmağa vadar edir. Vətəndaşlıq haqqında qanuna edilən bu düzəlişdən sonra, hakimiyyət müsəlmanları hər hansı bir bəhanə ilə həbs və sürgün edə bilir. Bu da dünyanın bir çox ölkələrində narahatçılıq yaratmış və etirazaəsəbəb olmuşdur. Teqlər : #Hindistandakı,#iğtişaşlarda,#ölənlərin,#sayı,#nəfərə,#çatıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya Müdafiə Nazirliyi İdlibdə onlarla Türkiyə əsgərinin həlak olmasına münasibət bildirib ‘Wall Street Journal’: ABŞ Səudiyyə Ərəbistanında 2500 əsgər və hərbi texnika yerləşdirib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO