Hindistanda koronavirusa görə fövqəladə vəziyyət elan edilib

Hindistanda koronavirusa görə fövqəladə vəziyyət elan edilib

 

Hindistan hökuməti Kerala ştatında yeni növ koronavirusa yoluxmanın təsdiqlənmiş üç halı ilə əlaqədar fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.
 
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
 
Ştatının səhiyyə naziri bildirib ki, fövqəladə vəziyyət rejiminin elan edilməsi insanları qorxutmamalıdır, bu, virusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin gücləndirilməsidir.
 
Xatırladaq ki, ötən ilin son günündə Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatına ölkənin mərkəzi hissəsindəki Uhanda naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus (2019-nCoV) olduğunu müəyyənləşdirib.
 

 

Google+ WhatsApp ok.ru