Hindistanda ölümcül epidemiya yayılır - Peyvəndi yoxdur

Hindistanda ölümcül epidemiya yayılır - Peyvəndi yoxdur

-- 100 nəfər qarantinaya alınıb

Hindistanın Kerala əyalətində Nipah virusu 10 nəfərin ölümünə səbəb olub.
 
Maide.Az “Dünya bülleteni”nə istinadən xəbər verir ki, ölənlərlə təmasda olduğu müəyyənləşdirilən 100 nəfər qarantinaya alınıb.
 
Məlumata görə, yüzlərlə insan yüksək hərarət şikayəti ilə xəstəxanalara müraciət edib. Onlardan 6 nəfərin vəziyyəti ağırdır. 20 nəfər isə nəzarətdə saxlanılır.
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu virusun hələlik peyvəndinin tapılmadığını bildirir. Virusun erkən müəyyənləşdirilməsi zamanı mikroblara qarşı müxtəlif müalicələrlə xəstəliyin şiddətini azaltmaq mümkün olsa da, ölümün qarşısını almaq olmur.
 
Qeyd edək ki, bu epidemiya ilk dəfə Malayziyanın Nipah bölgəsində ortaya çıxıb. Daha çox Sinqapur, Malayziya, Hindistan və banqladeşdə müşahidə edilən bu epidemiyanın meyvə yarasaları vasitəsilə xurmaya keçdiyi və onlardan da insanlara yoluxduğu bildirilir. Nipah virusunun bioloji silah olduğunu dair iddialar da səsləndirilir.

Google+ WhatsApp ok.ru