Hindistanda müsəlman qida satıcıları təcavüzə məruz qalır

Hindistanda müsəlman qida satıcıları təcavüzə məruz qalır

 

Hindistanda müsəlman satıcılar təcavüzə məruz qalırlar.
 
Maide.Az -ın məlumatına görə, "The Indian Express" xəbər verir ki, Hindistan Dövlət Məclisinin Uttar-Pradeş ştatından olan deputatı Sureş Tivari, "hər kəsə açıq deyirəm ki, heç kəs müsəlmanlardan tərəvəz almamalıdır", - deyə bildirib.
 
Tivari Hindistanda hakim partiya olan Hindistan Xalq Partiyasının (Bharatiya Janata Parti) üzvüdür. O, bu sözləri sosial şəbəkədə yayımlanan video çıxışnda söyləyib.
 
Onun bu çıxışından sonra Uttar-Pradeşdə müsəlman satıcıların hədəf aldığı bir neçə hadisə qeydə alınıb. Belə ki, aprelin 27-də Lahimpur şəhərində meyvə satan müsəlman kişi bir qrup insanın hücumuna məruz qalıb. Polis satıcını hücumdan xilas edib.
 
Bənzər hücumlar digər yerlərdə də baş verib. Bu cür hücumlar Hindistanda müsəlmanların koronavirusu yayması barədə şayiələrdən sonra artıb.
 
Xatırladaq ki, bir çox müsəlman təşkilatlarının nümayəndələri Hindistan hakimiyyətinə müsəlmanların koronavirusun yayılmasında ittihamlarının dayandırılması tələbi ilə müraciət ediblər.

"The Indian Express" xəbər verir ki, 

 

Google+ WhatsApp ok.ru