Hindistanda Nipah virusundan ölənlərin sayı 16-ya çatıb

Hindistanda Nipah virusundan ölənlərin sayı 16-ya çatıb

-- Hindistanın cənubundakı Kerala ştatında

Hindistanın cənubundakı Kerala ştatında daha iki nəfərin ölümcül Nipah virusuna yoluxması halı qeydə alınıb. Ölənlərin ümumi sayı isə 16 nəfərə çatıb.
 
Maide.Az  "Report"a istinadən xəbər verir ki,  bu barədə "Hindustan Times" qəzeti yerli Səhiyyə Nazirliyinin nümayəndələrinə istinadən yazıb.
 
Qeyd edək ki, mayın 24-də Hindistan Səhiyyə Nazirliyinin nümayəndəsi Priti Sudan mütəxəssislərin Kerala ştatında Nipah virusunun yayılmasının qarşısını almağa nail olduqlarını açıqlayıb.
 
O vaxt P.Sudan infeksiyanın çox lokal xarakerli olduğunu bildirmişdi. Həmin zaman virusdan ölənlərin sayı 11 nəfər idi.

Google+ WhatsApp ok.ru