Hindistandan Nəcəfə aviareys açılır

Hindistandan Nəcəfə aviareys açılır

Hindistanın "Air İndia" hava yolları şirkəti ölkənin Uttar Pradeş əyalətinin mərkəzi Lakhnau şəhərində yaşayan şiələrin çoxluğunu nəzərə alaraq İraqın Nəcəf şəhərinə aviareys açmaq istəyir.
 
Maide.Az "İQNA"-a istinadən xəbər verir ki,Lakhnau- Nəcəf aviareysi üzrə uçuşlar həftədə iki dəfə olacaq. Bu uçuşlar Yeni Dehlidə dayanmaqla həyata keçiriləcək.
 
Hindistanın "Air İndia" hava yollarının şirkəti bu uçuşların gələn ilin (2019) yanvar ayının ikinci həftəsindən başlayacağını bildirib.
 
Uçuşlar 230A təyyarəsi ilə həyata keçiriləcək. Bu təyyarənin 161 oturacağı vardır. Oturacaqlardan 12-si biznes klas və qalanları ekonomdur.
 

Google+ WhatsApp ok.ru